"Arsenal"ın gözü "Sosyedad"ın futbolçusuna düşüb
"Arsenal" yayda heyətini yeni futbolçularla gücləndirmək niyyətindədir.
Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, "Real Sosyedad"ın ispaniyalı futbolçusu Martin Zubimendi "Arsenal"ın maraq dairəsinə düşüb.
26 yaşlı futbolçu üçün London klubu qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Zubimendi cari mövsüm çıxış etdiyi 32 oyunda 1 qol və 2 məhsuldar ötürmə müəllifidir.