"Arsenal"ın ulduz futbolçusu Millətlər Liqasının oyununda zədələnib

"Arsenal"ın və Norveç millisinin oyunçusu Martin Odeqor Millətlər Liqasında Avstriyaya qarşı keçirilən matçda zədə alıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Kristof Baumqartnerlə top uğrunda mübarizədə topuğundan zədələnərək 67-ci dəqiqədə meydanı tərk edib. Onun yerinə oyuna Kristian Torstvet daxil olub.

Xatırladaq ki, "Arsenal"ı sentyabrın 15-də Premyer Liqada "Tottenhem"ə qarşı oyun gözləyir. Futbolçu böyük ehtimalla həmin oyunda iştirak edə bilməyəcək.