"Arsenal"ın və İtaliya millisinin oyunçusu Fransa ilə matçda zədələnib

"Arsenal"ın və İtaliya millisinin müdafiəçisi Rikardo Kalafiori Millətlər Liqası çərçivəsində Fransaya qarşı keçirilən oyunda zədələnib.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki,  Usman Dembele ilə mübarizədə zədə alan futbolçu görüşün 70-ci dəqiqəsində meydanı tərk etməli olub.

Bildirilir ki, 22 yaşlı futbolçunun durumu tibbi müayinədən sonra bəlli olacaq.

Qeyd edək ki, Parisdə keçirilən görüş "Skuadra Adzurra"nın 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.Onlar növbəti oyununu sentyabrın 9-da İsrailə qarşı keçirəcəklər.