"Arsenal"ın yeni hədəfi

Londonun "Arsenal" klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, “topçular” sloveniyalı Benjamin Şeşko ilə ciddi maraqlanır. Onlar futbolçu uğrunda mübarizənin favoritidir.

“Mançester Yunayted” və “Çelsi” də futbolçu ilə maraqlanır, lakin Şeşko Mikel Artetanın komandasına keçməyə üstünlük verir.