Artyom Dzyuba müqaviləsini yenilədi

Moskva "Lokomotiv"i futbolçusu Artyom Dzyuba ilə yeni müqavilə imzalayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu daha 1 il komandasının şərəfini qoruyacaq.

Dzyuba Rusiya çempionatında 9 oyunda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.