"Aston Villa" bombardiri ilə müqaviləni uzatdı
"Aston Villa" bombardiri Con Duranla yola davam edəcək.
Sportline.az xəbər verir ki, İngiltərə klubu sözügedən futbolçu ilə yeni müqavilə imzalayıb.
Klubun rəsmi səhifəsində yayılan məlumata görə, hücumçunun yeni anlaşması 2030-cu ilədək nəzərdə tutulub.
Qeyd edək ki, 20 yaşlı hücumçu 2023-cü ildə 16 milyon avro müqabilində "Çikaqo"dan transfer olunmuşdu.
Duran cari mövsümdə meydana çıxdığı 10 oyunda 6 qol vurub.