"Aston Villa" - "Çelsi": Heyətlərdəki son durum

İngiltərə Premyer Liqasında 26-cı turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, "Aston Villa" öz meydanında "Çelsi" ilə qarşılaşacaq.

"Çelsi"nin heyətində əsas itki Benua Badiaşili, Vesley Fofana, Nikolas Cekson və Noni Madueke zədə səbəbindən oyunu buraxmalı olacaq.

"Aston Villa"da isə Leon Beyli, Pau Torres, Amadu Onana, Boubakar Kamara və Roz Barkliy baş məşqçi Unayi Emerinin sərəncamında olmayacaq.

Qeyd edək ki, start fiti 21:30-da səslənəcək "Aston Villa" - "Çelsi" matçını Maykl Oliver idarə edəcək.