"Aston Villa" "Tottenhem"dən üstün oldu

İngiltərə Federasiya Kubokunda 1/16 final mərhələsinin görüşləri davam edir.

Sportline.az xəbər verir ki, "Aston Villa" öz meydanında "Tottenhem"lə qarşılaşıb. Görüş Birmingem klubunun qələbəsi ilə nəticələnib.

"Aston Villa" 2:1 "Tottenhem"

Qollar: Ceykop Remzi, 2, Morqan Rocers, 65, Matiyas Tel, 90+1

Qeyd edək ki, "Aston Villa" Federasiya Kubokunda 1/8 final mərhələsinə yüksəlib.