"Atletiko" braziliyalı futbolçu transfer etdi
"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, Madrid təmsilçisi Portuqaliya "Jil Vesente"sindən Samuel Linonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Braziliyaləı vingerlə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Samuel Lino 2019-cu ilin yayından "Jil Visente"də çıxış edirdi. 22 yaşlı futbolçu son mövsümdə Portuqaliya klubunun heyətində 38 matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.