"Qarabağ" Madriddən 1 xalla dönür
Bu gün UEFA Çempionlar Liqasında 4-cü tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma olacaq. Azərbaycan təmsilçisi "Qarabağ" da ilk gündə meydana çıxacaq. Ağdam təmsilçisi Madriddə "Atletiko" ilə qarşılaşacaq.
Bakıdakı görüşdə rəqibindən xal almağı bacaran Qurban Qubanovun komandası, bu dəfə də azarkeşlərini sevindirmək niyyətindədir. Hesabında cəmi 2 xalı olan paytaxt təmsilçisi də meydana yalnız qələbə üçün çıxacaq.
Bakı vaxtı ilə saat 23:45-də başlanacaq və "Vanda Metropolitano" arenasında oynanılacaq matçı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.
31 oktyabr 2017
Çempionlar Liqası
"C" qrupu, 4-cü tur
“Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan) - 1:1
QOLLAR: Miçel, 40 (0:1); Tomas Partey, 56 (1:1)
SARI VƏRƏQƏLƏR: Rəşad Sadıqov, 9 ("Qarabağ"); Stefan Saviç, 32 ("Atletiko"); Yakub Jezniçak, 34 ("Qarabağ"); Torres, 76 ("Atletiko")
QIRMIZI VƏRƏQƏLƏR: Pedro, 59 ("Qarabağ"); Stefan Saviç, 88 ("Atletiko")
"ATLETİKO": Yan Oblak, Diyeqo Qodin, Filipe Luis, Tomas Partey, Antuan Qrizmann, Saul Niqez, Anxel Korrea, Qabi (K), Stefan Saviç, Xuanfran, Kevin Qameyro
Ehtiyat oyunçular: Anxel Moya, Fernando Torres, Auqusto Fernandez, Şime Vrsalko, Lusiano Vietto, Lukas Hernandez, Nikolas Qaytan
Baş məşqçi: Dieqo Simeone
"QARABAĞ": İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Pedro, Rəşad Sadıqov (K), Riçard Almeyda, Ansi Aqolli, Yakub Jezniçak, Donald Gerye, Ramil Şeydayev
Ehtiyat oyunçular: Anton Kanibolotski, Rahid Əmirquliyev, Arif Daşdəmirov, Əfran İsmayılov, Elvin Yunuszadə, Coşqun Diniyev, Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov
Baş hakim: Deniz Aytekin
Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker
Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand
Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)
Madrid, "Vanda Metropolitano"