"Atletiko" - "Qarabağ" duelinin hakimləri bəllidir
Çempionlr Liqasının 4-cü turu çərçivəsində keçiriləcək "Atletiko" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüş Almaniyadan olan briqadaya həvalə olunub.
Beləliklə,
Baş hakim: Deniz Aytekin
Yan xətt hakimləri: Quide Kleve, Markus Heker
Əlavə köməkçi hakimlər: Daniel Sibert, Benjamin Nrand
Ehtiyat hakim: Eduard Beytinqer
Qeyd edək ki, "Atletiko" - "Qarabağ" matçının start fiti oktyabrın 31-i, Bakı vaxtı ilə 23:45-də səslənəcək.