"Atletiko"nu "Milan"a dəyişir
"Atletiko Madrid"in forvardı Aleksander Sörlot yayda klubdan ayrılmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, "Milan" norveçli futbolçuya elçi düşüb.
Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, A.Sörlotun transfer qiyməti 35 milyon avrodur.