"Atletiko"ya qol vuran qapıçı tarixə düşdü

İspaniyanın "Eybar" klubunun qapıçısı Marko Dmitroviç La Liqanın tarixinə düşüb.

Sportline.az "Opta Jose"yə istinadən xəbər verir ki, 29 yaşlı qolkiper XIX turda "Atletiko" (Madrid) ilə matçda penaltini dəqiq yerinə yetirib.

Serbiyalı oyunçu 2011-ci ilin fevralından ölkə çempionatında qol vuran ilk qapıçıdır. La Liqada son olaraq "Almeriya" ilə görüşdə "Deportivo"nun qapıçısı Dani Aransubiya fərqlənib.

Dmitroviç həm də 18 ildən sonra penaltidən fərqlənən ilk çərçivə qoruyucusudur. 2003-cü ildə "Las Palmas"ın qolkiperi Naço Qonsales "Atletik"lə qarşılaşmada penaltini dəqiq yerinə yetirib. Bu vaxta qədər İspaniya çempionatında 7 qapıçı qol vura bilib.

Qeyd edək ki, "Eybar" "Atletiko"ya 1:2 hesabı ilə uduzub.