AVRO 2020: Açılış oyununa maraqlı təyinat
İtaliya və Türkiyə seçmələri arasında AVRO-2020-nin açılış oyununun təyinatları müəyyənləşib.
Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, A qrupunda keçiriləcək görüşü Niderland Futbol İttifaqından Denni Makkelinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
38 yaşlı referiyə Hessel Stiqstra və Yan de Vris yardımçı olacaq. 4-cü hakim funksiyasını fransalı qadın referi Stefani Frappar yerinə yetirəcək. Görüşün VAR hakimi isə niderlandlı Kevin Blum olacaq.
Qeyd edək ki, İtaliya - Türkiyə oyunu iyunun 11-də Romada oynanılacaq. "Ay-ulduzlular" daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.