UEFA-dan AVRO 2020 açıqlaması
UEFA-nın mətbuat xidməti Fransanın "Le Parisien" nəşrinin Avro-2020-nin yalnız Rusiyada keçirilə biləcəyi ilə bağlı yaydığı xəbərə münasibət bildirib.
Sportline.az xəbər verir ki, qitə futbol qurumundan TASS-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda turnirin əsas planı ilə bağlı heç bir dəyişiklik yoxdur: "UEFA Avro 2020-ni əvvəlcə planlaşdırıldığı formatda keçirməyi planlaşdırır. Hazırda B planımız yoxdur. Vəziyyəti diqqətlə izləyirik və gözləyirik.
Lakin buna baxmayaraq, Avro 2020-nin 12 ölkədə deyil, 11, 8, 5 hətta 1 ölkədə keçirilmə ehtimalını istisna etmirik. Prezident Çeferin bu barədə əvvəllər də danışıb".
Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.