AVRO 2020 təxirə salınmayacaq
AVRO-2020 növbəti dəfə təxirə salınmayacaq.
Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Turnirin təşkili ilə bağlı hazırda 4 ehtimal nəzərdən keçirildiyi, bunların da azarkeşlərlə bağlı olduğu bildirilib. Tribunalar tamaşaçıların üzünə ya 100 faizlik açılacaq, ya 50-100 faiz aralığında, ya 20-30 faiz, ya da oyunlar azarkeşsiz keçiriləcək.
Koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınan AVRO-2020 11 iyun – 11 iyul tarixlərində Bakı da daxil olmaqla qitənin 12 şəhərində keçiriləcək.