AVRO-2024: İspaniya və Fransa yarımfinalda

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 final oyunlarına start veriləcək.

Sportline.az xəbər verir ki, günün ilk matçında İspaniya və Almaniya yığmaları üz-üzə gələcək.

Pireneylilər 1/8 finalda Gürcüstanı (4:1), meydan sahibləri isə Danimarkanı (2:0) mübarizədən kənarlaşdırıb.

Erkən final kimi xarakterizə olunan görüş Ştutqart şəhərindəki "MHP Arena"da keçiriləcək.

Növbəti qarşılaşmada isə Portuqaliya və Fransa milliləri güclünü ayırd etməyə çalışacaqlar. Əvvəlki mərhələdə portuqaliyalılar Sloveniyanı (0:0, penaltilər seriyasında 3:0), fransızlar isə Belçikanı (1:0) məğlub ediblər. Bu oyun Hamburqdakı “Folksparkştadion"da baş tutacaq.

Qeyd edək ki,1/4 finalın digər iki görüşü iyulun 6-da baş tutacaq.

AVRO-2024

1/4 final

5 iyul

20:00. İspaniya - Almaniya 2:1 (Əlavə vaxtda) 

Qollar:Dani Olmo 51, Mikel Merino 119// Florian Virtz 89

Baş hakim: Entoni Teylor (İngiltərə).

Ştutqart, "MHP Arena".

23:00. Portuqaliya - Fransa - 0:0 (Pen- 3:5)

Baş hakim: Maykl Oliver (İngiltərə).

Hamburq, “Folksparkştadion".