AVRO-2024: İngiltərə millisi turnirə qələbə ilə başladı

Bu gün Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha üç oyun olacaq.

Sportline.az xəbər verir ki, günün ilk matçı D qrupunda Polşa və Niderland milliləri arasında keçiriləcək.

C qrupunun ilk görüşündə Sloveniya və Danimarka münasibətləri aydınlaşdıracaq.

Günün son qarşılaşmasında isə Serbiya və İngiltərə seçmələri üz-üzə gələcəklər. 

AVRO-2024
D qrupu, I tur

16 iyun

17:00Polşa - Niderland 1:2

Qollar: Buksa 16 // Qakpo 29, Veqhorst 83
Baş hakim: Artur Diaş (Portuqaliya).
Hamburq, “Folksparkştadion” stadionu.

C qrupu, I tur

20:00. Sloveniya - Danimarka 1:1

Qollar: Erik Yanza 77 // Kristian Eriksen 17

Baş hakim: Sandro Şerer (İsveçrə).

Ştutqart, "MHP Arena" stadionu.

23:00. Serbiya - İngiltərə 0:1

Qollar: Cud Bellinqem 13

Baş hakim: Daniele Orsato (İtaliya).

Helzenkirhen, "Feltins Arena" stadionu.