İspaniya millisi AVRO 2024-də qələbə ilə başlayıb

Bu gün Avropa çempionatında I turun daha 3 qarşılaşması olacaq.

Sportline.az xəbər verir ki, günün ilk oyununda Macarıstan və İsveçrə komandaları meydana çıxacaqlar. A qrupunun matçı Köln şəhərində keçiriləcək. 

B qrupunun ilk görüşü isə paytaxt Berlində İspaniya və Xorvatiya seçmələri arasında olacaq.

Günün son oyununda isə İtaliya Albaniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, çempionatın açılış matçında Almaniya millisi Şotlandiyaya 5:1 hesabı ilə qalib gəlib.

AVRO-2024
A qrupu, I tur

15 iyun

17:00Macarıstan - İsveçrə 1:3

Qollar:Varqa 66'// Duah 12', Ebişer 45', Embolo 90+3'
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Köln, “Reyn Enerqi” stadionu.

B qrupu, I tur

20:00. İspaniya - Xorvatiya 3:0

Qollar: Morata 29', Fabian Ruiz 32', Karvaxal 45+2'

Baş hakim: Maykl Oliver (İngiltərə).

Berlin, Olimpiya stadionu

B qrupu, I tur

23:00. İtaliya - Albaniya

Baş hakim: Feliks Çvayer (Almaniya).

Dortmund, "Siqnal İduna Park" stadionu