AVRO 2024-də ən çox vərəqə göstərən hakimlarin siyahısı açıqlanıb
Avropa Çempionatında ən çox vərəgə göstərən hakimlərin siyahısı açıqlanıb.
Sportline.az Bild-ə istinadla xəbər verir ki, çempionatda indiyə qədər ən çox cəzalandıran hakim rumıniyalı İstvan Kovaç olub.O, idarə etdiyi 2 görüşdə ümumillikdə 25 vərəqə göstərib.
İkinci sırada 16 vərəqə ilə türkiyəli Halil Umut Meler qərarlaşıb.İlk üçlüyü 13 vərəqə ilə almaniyalı Daniel Sibert qapıyıb.
Qeyd edək ki, Avropa Çempionatının 1/8 final mərhələsində bu gün 2 qarşılaşma keçiriləcək. Fransa Belçika ilə, Portuqaliya isə Sloveniya ilə üz üzə gələcək.