Avro-2024: İspaniyanın finaldakı rəqibi bəlli oldu

Avro-2024-də ikinci finalçının adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, bu gün İngiltərə və Niderland milli komandaları üz-üzə gəlib. Qarşılaşma Qaret Sautqeytin rəhbərlik etdiyi kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İngiltərə yığması həlledici oyunda İspaniya seçməsi ilə qarşılaşacaq. Final görüşü 14 iyul tarixində baş tutacaq.