Avrokuboklarda ölkəni 5 klub təmsil edəcək

Fransa Liqa 1-də 2021/2022 mövsümünə yekun vurulub.

Sportline.az xəbər verir ki, son-38-ci turun oyunlarından sonra ölkəni avrokuboklarda təmsil edəcək bütün komandalar müəyyənləşib. Çempionluğu rəsmiləşdirən PSJ (86 xal) və son turda "Strazburq"a qalib gələrək 2-ci yerə çıxan "Marsel" (71 xal) Çempionlar Liqasında qrup mərhələsində mübarizə aparacaq. Son turda "Lans"la 2:2 hesabı heç-heçə edərək 3-cü yerlə kifayətlənən "Monako" (69 xal) Çempionlar Liqasının təsnifat mərhələsində oynayacaq. 4-cü "Renn" (66 xal) Avropa Liqasında, 5-ci "Nitsa" (66 xal)  Konfrans Liqasının təsnifat mərhələsində oynamaq hüququ qazanıb.

"Bordo"  və "Metz" Fransa Liqa 1-i tərk ediblər. "Sent Etyen" isə elitada qalmaq üçü pley-off oynayacaq.