Avrokubokunun ilk günündə 1 qızıl və 1 gümüş medal

Polşanın paytaxtı Varşavada kişi cüdoçular arasında Açıq Avropa Kubokuna start verilib.

SportLine.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisi 1 qızıl və 1 gümüş medal qazanıb. 

60 kq çəki dərəcəsində mübarizə aparan Oruc Vəlizadə Qazaxıstan, Fransa, Hollandiya və Polşa təmsilçilərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 66 kq çəki dərəcəsində yarışan İbrahim Əliyev isə yalnız finalda uduzub.

Qeyd edək ki, Polşa turnirində 35 ölkədən 291 cüdoçu mübarizə aparır. Azərbaycanı beynəlxalq yarışda 14 cüdoçu təmsil edir. Avropa Kubokuna bu gün yekun vurulacaq.