Avroliqada finalçılar müəyyənləşdi

Avropa Liqası turnirində finalçılar müəyyənləşib.

Sportline.az xəbər verir ki,“Roma” səfərdə Leverkuzen “Bayer”i ilə “Yuventus” “Sevilya” ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizədən "Roma" əsas vaxtda, "Sevilya" əlavə olunan vaxtda növbəti mərhələyə vəsiqəni təmin edib.  

Final oyunu mayın 31-də, Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

Avropa Liqası
Yarımfinalın cavab oyunları
18 may

Bayer (Almaniya) - Roma (İtaliya) 0:0
İlk oyun - 0:1

Sevilya (İspaniya) - Yuventus (İtaliya) 2:1
Qol: Suso, 71. Lamela, 95 – Vlahoviç, 65.
İlk oyun - 1:1