Avroliqada həftənin ən yaxşısı
Avropa Liqasında qrup mərhələsinin 1-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Sportline.az xəbər verir ki, bu, "Latsio"nun oyunçusu Matias Vesino olub. 30 yaşlı yarımmüdafiəçi Tokmak Nquen ("Ferentsvaroş"), Markinyos ("Arsenal") və "Betis"dən Villian Jozeni qabaqlayıb.
Qeyd edək ki, Vesino komandasının "Feyenoord"u 4:2 hesabıyla məğlub etdiyi matçda 2 dubla imza atıb.