Avroliqa və Konfrans Liqasında həftənin oyunçusu adına namizədlər

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sportline.az xəbər verir ki, bu ada "Sevilya"dan İvan Rakitiç, Erik Lamela, "Roma"dan Nemanya Matiç və "Bayer" (Leverkuzen) klubundan Florian Virts iddia edir.

UEFA Konfrans Liqasında isə İtaliya "Fiorentina"sından Nikolas Qonsales, Kristiano Biragi, İngiltərənin "Vest Hem" klubundan Deklan Rays və Niderlandın AZ komandasından Ticani Reynders namizəddir. 

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytına səsvermə yolu ilə bəlli olacaq.