Avropa çempionatı: Azərbaycan cüdoçusu gümüş medal qazanıb

Lüksemburqda gənc cüdoçular arasında Avropa çempionatına start verilib.

Sportline.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 7 təmsilçisi qüvvəsini sınayıb.

Qadın cüdoçulardan Aydan Vəliyeva (48 kq) gümüş medal qazanıb. O, finalda rusiyalı İrena Xubulovaya uduzub.

Qeyd edək ki, bu gün mübarizəyə başlayan Qasım Vəlizadə, Turan Bayramov (hər ikisi 60 kq), Çingiz Fəttahov, Rəşad Quluzadə (hər ikisi 66 kq), Könül Əliyeva (48 kq) və Ülviyyə bayramova (57 kq) isə medalsız qalıblar.