Avropa çempionatı: Son 4 vəsiqənin sahibi məlum oldu
Bu gün Avro-2020-nin pley-off mərhələsinin son 4 oyunu keçirilib .
Sportline.az xəbər verir ki, bununla da gələn il təşkil olunacaq finalın iştirakçıları müəyyənləşib.
Görüşlərin nəticələrinə əsasən, Şimali Makedoniya, Macarıstan, Slovakiya və Şotlandiya Avro-2020-yə vəsiqə qazanlb
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Avro-2020-nin final mərhələsi 1 il sonraya təxirə salınmışdı. Seçmə mərhələdə isə çempionatın 20 iştirakçısı müəyyənləşib. Bunlar Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna, Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya, Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya, Uels və Finlandiyadır.
Avro-2020, pley-off mərhələsi
Final
12 noyabr
A yolu
23:45. Macarıstan – İslandiya - 2:1
Qollar: Loik Neqo, 88, Dominik Şoboşlai, 90+2 - Gilfi Siqurdsson, 11
B yolu
23:45. Şimali İrlandiya – Slovakiya - 1:2
Qollar: Kucka, 17 (0:1), Skriniar, 87-avtoqol (1:1), Duris, 110 (1:2)
C yolu
23:45. Serbiya – Şotlandiya - 1:1 (Penaltilər seriyası - 4:5)
Qollar: Kriste, 52 (0:1), Yoviç, 90 (1:1)
D yolu
21:00. Gürcüstan - Şimali Makedoniya - 0:1
Qol: Qoran Pandev, 56