Avropa çempionatında 1 qızıl, 1 gümüş, 2 bürünc medal

Azərbaycan cüdoçuları Bolqarıstanın paytaxtı Sofiyada gənclərin Avropa birinciliyinin ilk günündə 4 medal qazanıblar. 

SportLine.az Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, Moldova, Gürcüstan, Fransa və Rusiya idmançılarını məğlub edərək Avropa çempionu olub.

55 kq çəki dərəcəsində çıxış edən Rövşən Əliyev birinciliyin gümüş medalına yiyələnib. Balabəy Ağayev (55 kq) və Şəfəq Həmidova (44 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, 42 ölkədən 405 (217 kişi, 188 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa çempionatında Azərbaycan millisi 14 (10 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunur.