Avropa çempionatında daha bir medal

İsrailin Təl-Əviv şəhərində cüdo üzrə Avropa çempionatına yekun vurulub.

SportLine.az xəbər verir ki, sonuncu yarış günündə daha beş idmançımız tatamiyə çıxıb. Onlardan biri - 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev bürünc medal qazanıb.

Bununla da, komandamız Avropa çempionatını bir gümüş, bir bürünc mükafatla yekunlaşdırıb. 73 kq çəki dərəcəsindəki Hidayət Heydərov fəxri kürsünün ikinci pilləsinə qalxıb.