"Avropa, güclü "Qəbələ" gəlir"
"Qəbələ"nin futbolçusu Stefan Vukçeviç Konfrans Liqasına vəsiqə qazanmaları ilə bağlı İnstaqramda paylaşım edib.
Sportline.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi bunları yazıb: "Avropa, güclü "Qəbələ" gəlir. Şükülər olsun ki, məqsədimizə çatdıq. Biz birlikdə güclüyük. "Qəbələ"nin bir parçası olduğum üçün şadam".
Xatırladaq ki, "Qəbələ" ötən gün Konfrans Liqasına vəsiqəni təmin edib.