Avropa Kubokunda 1 qızıl və 1 bürünc medal

İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kubokuna start verilib.

SportLine.az xəbər verir ki, Azərbaycan cüdoçuları ilk yarış günündə 1 qızıl və 1 bürünc medal qazanıblar. 55 kq çəki dərəcəsində yarışan Nicat Məmmədli bütün rəqiblərinə qalib gələrək Avropa Kubokunun qalibi olub. 66 kq çəki dərəcəsində yer alan Mətin Rzazadə isə yalnız bir görüşdə uduzaraq 3-cü yeri tutub.

Fuengirola turnirində 25 ölkədən 488 cüdoçu mübarizə aparır. Azərbaycanı beynəlxalq turnirdə 8 cüdoçu təmsil edir.