Avropa Kubokunda 2 medal

Türkiyənin Antalya bölgəsində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

SportLine.az xəbər verir ki, beynəlxalq turnirin ilk günündə Azərbaycan cüdoçuları 2 medal qazanıblar. Qızların yarışında Vüsalə Kərimova (44 kq) bütün rəqiblərinə qalib gələrək Avropa kubokunun qızıl medalına sahib olub. Səbinə Əliyeva (48 kq) isə Antalya turnirinin bürünc medalına layiq görülüb.

Qeyd edək ki, Avropa kuboku yarışına martın 4-də yekun vurulacaq.

Azərbaycan Cüdo Federasiyasının məlumatı