Avropa Kubokunda daha bir medal

Çexiyanın paytaxtı Praqada gənc cüdoçuların Avropa Kubokuna yekun vurulub.

SportLine.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.

81 kq çəki dərəcəsində Murad Fətiyev yalnız final qarşılaşmasında üstünlüyü əldən verərək, gümüş medala sahib olub.

Bununla da Azərbaycan yığması yarışı 2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vuraraq ümumi medal sayında ikinci olub.

Qeyd edək ki, 39 ölkədən 430 (280 oğlan, 150 qız) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 17 (12 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunub.

Azərbaycan Cüdo Federasiyasının məlumatı