Avropa Liqası: Həftənin ən yaxşısı

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu,  “Volfsberq”in yarımmüdafiəçisi Mixael Lindldir. O, qurumun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermədə "Lüdoqorets”dən Elvis Manu, PSV-dən Donyell Malen və “Srvena Zvezda”dan El-Fardu Ben-Nabuanu qabaqlayıb.

Qeyd edək ki, M.Lindl "Feyenoord"la görüşdə (4:1) 3 qol vurub.