Avropa Liqası: Kavani həftənin futbolçusu seçildi

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin futbolçusu açıqlanıb.

Sportline.az xəbər verir ki, bu ada İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Edinson Kavani layiq görülüb.

34 yaşlı uruqvaylı forvard İtaliyada "Roma"ya 2:3 hesabı ilə uduzduqları oyunda dubl edib.

Qeyd edək ki, evdəki ilk oyunda 6:2 hesabı ilə qələbə qazanan "qırmızı şeytanlar" səfərdəki məğlubiyyətə baxmayaraq, finala yüksəliblər. Mançester təmsilçisinin mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək həlledici matçdakı rəqibi İspaniya "Vilyarreal"ı olacaq.