Avropa Liqası: "Qarabağ" "Nant"ı 3 qolla məğlub etdi
Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” qrupda ilk ev oyununa çıxıb.
Qurban Qurbanovun komandası Fransa “Nant”ını qəbul edib.
İlk turda Almaniyada “Frayburq”a uduzan (1:2) Ağdam klubu 3 cavabsız qolla qalib gələrək qrupda ilk xallarını qazanıb.
Qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda “Frayburq”a uduzub - 0:3.
15 sentyabr
Avropa Liqası
Qrup mərhələsi, 2-ci tur
20:45. “Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa) 3:0
Qol: Ovusu Kvabena, 60, Abdullah Zubir, 65, Marko Yankoviç, 72
Baş hakim: Enea Jorgji (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu