Avropa Liqası: "Zirə" "Şerif"i məğlub etdi
Bu gün "Zirə" Avropa Liqasının birinci təsnifat mərhələsində ilk matçına çıxıb.
Sportline.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Şerif"in qonağı olub.
Qarşılaşma Azərbaycan təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
"Zirə" rəqibini iyulun 18-də Bakıda qəbul edəcək.
Avropa Liqası
I təsnifat mərhələsi
11 iyul
21:00 "Şerif" (Moldova) - "Zirə" (Azərbaycan)
Qollar:David Volkov 88.
Baş hakim: Alessandro Dudiç (İsveçrə)