"Sevilya" Avropa Liqasının qalibi oldu

Bu gün Avropa Liqasında cari mövsümə yekun vurulub.

Sportline.az xəbər verir ki, finalda "Sevilya" və "Roma" üz-üzə gəlib. 1:1 hesablı nəticədən sonra keçirilən penaltilər seriyasında daha dəqiq olan "Sevilya" 7-ci dəfə Avropa Liqasının çempionu olub.

Budapeştdə keçirilən qarşılaşma saat 23:00-da başlanıb.

Avropa Liqası
Final

23:00 "Sevilya" - "Roma" 1:1 (penaltilər 4:1)
Qol: Paulo Dibala, 35 (0:1), Canluka Mançini, 55 (1:1)