Avropa Liqasında həftənin ən yaxşısı

Avropa Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.

Sportline.az xəbər verir ki, turnirin qalibi olan "Ayntraxt"ın (Frankfurt) qapıçısı Kevin Trapp bu ada layiq görülüb.

32 yaşlı qolkiper "Reyncers"ə qalib gəldikləri final matçında 5 qurtarışla yadda qalıb.

Qeyd edək kİ, "Ayntraxt" əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında qalib olub - 5:4.