Avropa Liqasında mövsümə start verilir
Bu gün UEFA Avropa Liqasında 2022/2023 mövsümü başlanır.
Sportline.az xəbər verir ki, III təsnifat mərhələsininin ilk oyunlarında 14 komandanın iştirakı ilə 7 görüş olacaq.
"Qarabağ" - "Ferensvaroş" cütünün məğlubunun Avropa Liqasındakı potensial rəqibləri olan İrlandiyanın "Şemrok Rovers" və Şimali Makedoniyanın "Şkupi" klubları saat 23:00-da Dublində üz-üzə gələcəklər.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
4 avqust
20:00. AEK (Larnaka, Kipr) - "Partizan" (Serbiya)
21:00. "Malmö" (İsveç) - "Düdelanj" (Lüksemburq)
21:00. "Fənərbağça" (Türkiyə) - "Slovaçko" (Çexiya)
22:15. "Maribor" (Sloveniya) - HİK (Helsinki, Finlandiya)
22:45. "Linfild" (Şimali İrlandiya) - "Sürix" (İsveçrə)
23:00. "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya)
23:00. "Olimpiakos" (Yunanıstan) - "Slovan" (Bratislava, Slovakiya)
Qeyd edək ki, bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək.