Avropa Liqasında yarımfinalçılar müəyyənləşir

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları olacaq.

Sportline.az xəbər verir ki, "Arsenal" İspaniyada 1:2 hesabı ilə uduzduğu "Vilyarreal"ı qəbul edəcək. Meydan sahiblərinə mərhələ adlamaq üçün yalnız qələbə lazım olduğu halda, qonaqlar heç-heçəyə də qane ola bilərlər. Komandaların heyətində zədəli futbolçu yoxdur. Yalnız ilk görüşdə qırmızı vərəqə görən "Vilyarreal"ın yarımmüdafiəçisi Etyen Kapu cəza üzündən görüşü buraxacaq.

Yarımfinalın digər oyununda isə, İngiltərənin "Mançester Yunayted" komandası "Roma"nın qonağı olacaq. "Old Trafford"da 6:2 hesabı ilə qalib gələn "qırmızı şeytanlar" finala vəsiqənin taleyini demək olar ki, həll ediblər.

UEFA Avropa Liqası, yarımfinal

Cavab oyunları

23:00. "Arsenal" (İngiltərə) - "Vilyarreal" (İspaniya)

İlk oyun - 1:2

23:00. "Roma" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə)

İlk oyun - 2:6

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.