Avropa Super Liqası ilə bağlı bəyanat yayıldı

"Real", "Barselona" və "Yuventus" klubları Avropa Super Liqası ilə bağlı ortaq bəyanat yayıb.

Sportline.az xəbər verir ki, hər üç klub təzyiq və təhdidlərə baxmayaraq müasir futbolda islahatlara davam edəcəklərini bildirib.

Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Real", "Barselona" və "Atletiko", İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları Avropa Liqasında iştiraklarını təsdiqləmişdilər. Lakin futbol federasiyaları və milli assosiasiyaların bir sıra çağırışları, habelə UEFA və FIFA-nın sanksiya hədələrindən sonra klublar əksər klublar turnirdən imtina etdi. Hazırda Super Liqada yalnız "Real", "Barselona" və "Yuventus" qalıb.