Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya gələcək

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç aprelin 24-də Bakıya səfər edəcək.

Sportline.az xəbər verir ki, CEV rəhbəri Milli Gimnastika Arenasında təşkil olunacaq qadın və kişi voleybolçuların Yüksək Liqasında final oyunlarını izləyəcək, həmçinin qaliblərin mükafatlandırma mərasimində iştirak edəcək.

Səfər çərçivəsində R.Sikiriç ilə bir neçə mühüm görüşün keçirilməsi də nəzərdə tutulub.