"Ayaks"dan yeni transfer

Niderlandın "Ayaks" klubu yeni transferlə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, "Tuluza" ilə vidalaşan 27 yaşlı yarımmüdafiəçi  Branko van den Boomen 2027-ci ilin yayına qədər "Ayaks"ın şərəfini qoruyacaq.

Van den Boomen son mövsümdə "Tuluza"da 6 qol və 13 assistə imza atıb.