"Ayaks"ın yeni baş məşqçisi açıqlandı

Moris Steyn "Ayaks"ın yeni baş məşqçisi təyin olunub.

Sportline.az klubun saytına istinadla xəbər verir ki, onunla 2026-cı ilədək müqavilə imzalanıb.

49 yaşlı mütəxəssisin əvvəlki iş yeri Rotterdam "Sparta"sı olub.

Qeyd edək ki, "Ayaks" Niderland çempionatında son mövsümü 3-cü yerdə başa vurub.