Ayaz Quliyev: "Azərbaycandan dəvət edirlər"

Rusiyanın "Ximki" klubunun futbolçusu Ayaz Quliyev Azərbaycan vətəndaşlığını qəbul edə bilər.

Sportline.az xəbər verir ki, əslən azərbaycanlı olan yarımmüdafiəçi bunu "Matç TV"yə müsahibəsində deyib:

"Mən Azərbaycana nə hə, nə də yox demişəm. Bu, ətraflı müzakirə tələb edən məsələdir. Daim məni bunun üçün dəvət edirlər. Ola bilər ki, tezliklə keçidi müzakirə edək. İlk növbədə mən azərbaycanlıyam. Ona görə də Azərbaycan millisinə gedişimi istisna etmirəm. Amma, bu addım klub karyerama mənfi təsir edəcəksə, əhəmiyyəti olmayacaq. Hər halda, klubda oynamayan futbolçuya millidə də ehtiyac duyulmur"- deyə Ayaz Quliyev bildirib.

Banner