Ayaz Quliyev klubunu dəyişir

Son mövsümü Rusiyanın "Arsenal" klubunda bitirən Ayaz Quliyev komandasını dəyişməyə hazırlaşır.

Sportline.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə "Axmat" komandası yaxından maraqlanır.

Qroznı təmsilçisi təcrübəli oyunçunun transferi ilə bağlı danışıqlara başlayıb.

Qeyd edək ki, Quliyevin Tula klubu ilə 2023-cü ilin yayınadək müqaviləsi var.