Ayın ən yaxşısı

İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı məşqçisi açıqlanıb.

Sportline.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, “Aston Villa”nın çalışdırıcısı Din Smit bütün həmkarlarını qabaqlayıb.

Onun komandası dekabr ayında keçirdiyi 5 görüşün heç birində uduzmayıb. 3 qələbə qazanan komanda 2 dəfə heç-heçə edib.

Qeyd edək ki, “Aston Villa” 26 xalla 8-ci pillədə qərarlaşıb.