Türk futbolçu ayın ən yaxşısı seçildi
"Lill"də aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Sportline.az xəbər verir ki, klubun saytında azarkeşlər arasında keçirilən sorğunun yekun nəticəsinə əsasən, Türkiyə millisinin üzvü Burak Yılmaz ötən ayın ən yaxşı seçilib.
Qeyd edək ki, B.Yılmaz apreldə Fransa təmsilçisində oynadığı 4 matçda 3 qol vurub.